“Şofer Əhməd”in vəziyyəti pisləşib, Mədəniyyət Nazirliyi "diqqətimizdədir" deyir
11 May 2023
Tanınmış kinorejissor, aktyor, Azərbaycanın Əməkdar artisti Elxan Qasımovun səhhəti pisləşib.
Qızı mətbuata açıqlamasında atasının vəziyyətinin çox ağır olduğunu deyərək, dövlətdən dəstək istəyib.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən bildirilib ki, aktyorun vəziyyəti diqqətdə saxlanılır:
“Dünən Nazirliyin rəsmi nümayəndəsi xəstəxanada aktyora baş çəkib, sağlamlığı ilə maraqlanıb. Bu gün də aktyorun qızı ilə telefon əlaqəsi saxlanılıb, xəstənin vəziyyəti ilə maraqlanılıb.
Tanınmış kinorejissor, aktyor, Azərbaycanın Əməkdar artisti Elxan Qasımovun səhhəti Mədəniyyət Nazirliyinin diqqətindədir”, - deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, 78 yaşlı aktyor Elxan Qasımov tamaşaçılara “Əhməd haradadır” filmindən “şofer Əhməd” rolu ilə tanınır. (Ölkə.az)