Logo
news content
User
Kateqoriyalar

Xəbər

Siyəzəndə qatar relsdən çıxıb, üç vaqon aşıb

Siyəzən rayonu ərazisində yük qatarı relsdən çıxıb, üç vaqon aşıb.

Məlumata görə, Rusiyadan ölkə ərazisinə daxil olan yük qatarında inşaat materialları daşınıb.

Qeyd edilir ki, qatarın Siyəzən rayonu ərazisində relsdən çıxması nəticəsində üç vaqon aşıb.

Azərbaycan Dəmir Yolları QSC-dən də bildirilib ki, Zarat stansiyasında aşan qatar Rusiya özəl şirkətinə məxsusdur.

Qeyd olunub ki, bu gün saat 11.00 radələrində Rusiya özəl şirkətlərinə məxsus 3 vaqon Siyəzən rayonunun Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxıb. Vaqonların yükü taxta materiallarından ibarət olub:

"Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda vaqonların rels üzərinə qaldırılması prosesinə başlanılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır".

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub və ərazi nəzarətə götürülüb.

"Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırmalar aparılır", - məlumatda vurğulanıb.