Logo
news content
User
Kateqoriyalar

Xəbər

Simonyan: "Bakıda COP29-da iştirakla bağlı hələ qərar verilməyib"

İrəvanın Bakıda keçiriləcək COP29-da iştirakla bağlı hələlik bir qərarı yoxdur.

Ermənistan KİV-i xəbər verir ki, bu barədə jurnalistlərə parlamentin spikeri Alen Simonyan məlumat verib.

“Ermənistanın burada niyə iştirak etməli olduğunu, tədbirin ölkəyə nə verəcəyini və hansı səviyyədə təmsil olunacağımızı müzakirə etmək lazımdır. Müzakirə edəcəyik, bunun dövlətimizə lazım olub-olmadığını anlayacağıq, uyğun olmasa, getməyəcəyik”, - o bildirib.