Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Sədərək"dəki yanğınla bağlı cinayət işi başlanılıb

"Sədərək" Ticarət Mərkəzi ərazisində yanğın hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Сinayət işi Fövqəladə Hallar Nazirliyinin İstintaq və Əməliyyat İdarəsində Cinayət Məcəlləsinin 225.1-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə açılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən yanğınla bağlı cinayət işi başlanmasını təsdiq ediblər.