Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Sədərək” ticarət mərkəzində güclü yanğın başlayıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yerləşən anbarda gecə saatlarında yenidən yanğın şiddətlənib.

Ərazidə xeyli sayda FHN-in şəxsi heyəti və xüsusi texnikası çalışır.

Yanğınla mübarizə tədbirləri davam etdirilir.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi günorta saatlarında yanğının yayılmasının qarşısının alınması barədə raport vermişdi.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN-dən bildirilib

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

DİN Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.

Əlavə məlumat veriləcək.