Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyasayağı va-bank: Daha bir ölkəyə qaz nəqli dayandırılır

“Qazprom” Polşanın ardından Bolqarıstana da xəbərdarlıq edib.

Bu barədə Bolqarıstan Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, “Qazprom” “Bulgargaz”a aprelin 27-dən qazın nəqlini dayandıracağını bildirib.

Qeyd edək ki, Rusiya şirkəti qazın pulunu rublla ödəməyə razı olmadıqlarına görə Polşa və Bolqarıstana mavi yanacağın tədarükünü dayandırır.