Logo
news content
User
Kateqoriyalar

Xəbər

İspaniyada sel və daşqınlar səbəbindən 100-ə yaxın insan ölüb

İspaniyanın Valensiya şəhərində daşqınlar nəticəsində ölənlərin sayı 92 nəfərə çatıb, ölkənin digər iki bölgəsində də 3 nəfərin öldüyü bildirilir.

Bu barədə Regional Fövqəladə Hallar Xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.

Departament bildirib ki, bu, ölkə tarixində ən böyük təbii fəlakətlərdən biridir. Səlahiyyətlilərin məlumatına görə, Valensiya və Kastiliya La Mança güclü yağışların yaratdığı daşqınlardan ən çox zərər çəkən bölgələrdir.

İspaniyanın Baş naziri Pedro Sançes onlarla şəhərin su altında qaldığını bildirib və əhali üçün təhlükənin hələ keçmədiyi barədə xəbərdarlıq edib.

Qeyd olunur ki, təbii fəlakət səbəbindən dəmir yolu əlaqəsi kəsilib, onlarla aviareys təxirə salınıb. Əlverişsiz hava şəraiti ən çox Valensiya Muxtar İcmasının infrastrukturuna ziyan vurub.

Xilasetmə işləri davam edir, prosesə yüzlərlə hərbçi də cəlb olunub.