
Rusiya nefti 16 faiz ucuzlaşıb
08 Aprel 2025
Rusiyanın "Urals" markalı xam neftinin qiyməti aprelin ilk günlərində 14-16 faiz ucuzlaşıb.
RBK xəbər verir ki, "Urals" nefti qiymətdə bir barelə görə təqribən 10 dollar itirib.
Bu, 2023-cü ilin iyulundan bəri ən aşağı göstəricidir.
Bildirilir ki, neftin qiymətinin azalması ABŞ-nin başlatdığı ticarət müharibələri səbəbindən fond bazarlarının ümumi enişi və OPEK+ hasilatının artımı fonunda baş verir.