Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya iqtisadiyyatı 15 il geriləyəcək - ARAŞDIRMA

Rusiya iqtisadiyyatı sanksiyalara görə 15 il geriləyəcək.

Bu barədə "Reuters"in araşdırmasında deyilir.

Araşdırmaya görə, 2022-ci ildə Rusiya iqtisadiyyatı 15 faiz, 2023-cü ildə isə daha 3 faiz enəcək. Beləliklə, Rusiya iqtisadiyyatına qoyulan 30 illik sərmayənin nəticəsi bərabərləşəcək.

Qeyd edilir ki, Avropa Rusiyadan enerji resurslarının idxalından tamamilə imtina edərsə, o zaman iqtisadi tənəzzül daha geniş olacaq.

Əlavə edilib ki, dünya ekspertləri yaxın aylarda Rusiya Federasiyaya qarşı sanksiyaların genişlənəcəyinə və sərtləşdiriləcəyinə əmindirlər.