Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya freqatı La-Manş boğazında Britaniya yaxtasına xəbərdarlıq atəşi açıb

Rusiya Hərbi Dəniz Donanmasına aid "Admiral Qriqoroviç" freqatı La-Manş boğazında Britaniya yaxtasına xəbərdarlıq atəşi açıb.

Bu barədə BBC telekanalı məlumat yayıb.

Məlumata görə, Rusiya gəmisinin heyəti Britaniya bayrağı altında üzən "Bright Future" yaxtasının təhlükəli şəkildə yaxınlaşdığını görüb.

Dənizçilər gəmi ilə bir neçə dəfə əlaqə saxlamağa çalışıblar, sonra siqnal səsləndirib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, yaxta xəbərdarlıqlara cavab verməyib və yoluna davam edib. Gəmilər arasındakı məsafə təxminən 150 metrə enəndə freqat komandiri xəbərdarlıq atəşi açmağı əmr edib.

Daha sonra yaxta istiqamətini dəyişib və toqquşmadan yayınıb.