Rubinyan müxalifətə: Seçkilərin nəticələrini tanımırsınızsa, mandatı almayın
17 İyun 2026
Ölkədə parlament seçkilərinin nəticələrini tanımayan müxalifət qüvvələri deputat mandatı almamalıdırlar.
“Novosti-Armeniya” xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan brifinqdə bildirib.
Onun sözlərinə görə, müxalifət özünü buraxmalıdır: "Biz əvvəldən hesab edirdik ki, bu qüvvələrin qeydiyyatı ləğv edilməli idi, çünki onlar seçki rüşvəti paylamaqla məşğul idilər".
R.Rubinyan qeyd edib ki, "Vətəndaş müqaviləsi" partiyası iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrinin ləğvi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməyi planlaşdırmır: "Seçkilərin nəticələrinə gəlincə, biz seçkilərin ləğv olunmasını istəmirik. Çünki parlament çoxluğu legitimdir, səslərimiz legitimdir və biz hökuməti formalaşdıracağıq".