Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Rusiya neftinə qarşı sanksiyaları sərtləşdirə bilər

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun yaxın zamanda Rusiya neftinə qarşı sanksiyaları yenidən sərtləşdirə biləcəyini bəyan edib.

O, bu barədə Fransada G7 sammitinin kənarında jurnalistlərə açıqlama verib.

"Nə deyim, tezliklə biz bunu edə biləcəyik, çünki hazırda neft bazara daxil olur. Biz sanksiyaları götürdük, çünki, açıq-aydın, neft tədarükünə mane olmaq istəmirdik. Buna görə də tezliklə bunu etmək imkanımız yaranacaq", - Donald Tramp bildirib.