Paşinyan: Müxalifət parlamentə qanunsuz yolla düşüb
17 İyun 2026
İyunun 7-də keçirilən seçkilər nəticəsində Ermənistan parlamentinə keçən müxalifət qüvvələri ora qanunsuz düşüblər və gələcəkdə siyasi fəaliyyətlə məşğul olmaq imkanından məhrum edilməlidirlər.
Ermənistan mediası xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.
"Doqquzuncu çağırış parlamentində formalaşan parlamentar müxalifət tamamilə qeyri-qanuni hərəkətlər nəticəsində formalaşmış siyasi vahiddir və Ermənistanın bu dairələri sonrakı siyasi fəaliyyət imkanından məhrum etmək legitim hüququ var. Ermənistan Respublikası tədbirlər görməlidir", - o qeyd edib.