Rusiya: azsaylı xalqların çoxsaylı problemləri
16 İyun 2023
Mərkəzi ofisi ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən, yoxsulluq və aclıqla mübarizə aparan “Borgen” layihəsi Rusiyadakı etnik qrupların vəziyyətini araşdırıb. Hesabatda deyilir ki, Rusiyada 200-ə yaxın xalq yaşayır: “Rəsmi təsnifat sayı 50 min nəfərdən az olan yerli xalqları azsaylı xalq kimi göstərir. 2020-ci ilin statistikasına görə, ölkədə 46 belə xalq var”.
Azsaylı etnik qruplar Rusiyanın ucqar bölgələrində, əsasən Uzaq Şərqdə, Sibirdə, Ural dağları boyunca məskunlaşıb. Qeyd olunur ki, azsaylı xalqlar əhali sayının azalması, çətin güzəran, ağır iş şəraiti, mədəni kimliyi itirmək problemləri ilə üz-üzədir: “Xoşbəxtlikdən Rusiyada köklü etnik qruplar arasında yoxsulluğun, mədəni ərimənin qarşısını almaq, onların hüquqlarını müdafiə etmək istiqamətində fəal təşəbbüslər də var”.
Bununla belə hesabatda yerli etnik qrupların həyat səviyyəsinin etnik çoxluğa – ruslara nisbətdə çox aşağı olduğu vurğulanır: “Azsaylı xalqların bir sıra vacib sahələrə, məsələn, keyfiyyətli təhsilə əlləri çatmır. Etnik qrupların nümayəndələri işsizlikdən əziyyət çəkir, yetərincə gəlir əldə edə bilmir. Onların içməli su, ərzaq təminatı, səhiyyə xidmətləri kimi həyati əhəmiyyətli sahələrdə də ciddi problemləri var. Bu faktorlar azsaylı xalqların nümayəndələri arasında infeksion xəstəliklərin çoxalmasına gətirib çıxarır, onların ömrünü qısaldır. Kiçik etnik qruplarda orta ömür uzunluğu kişilərdə 50 yaş, qadınlarda 60 yaşdır. Bu da ümumilikdə Rusiyadakı orta ömür səviyyəsindən xeyli aşağıdır (kişilərdə 64 yaş, qadınlarda 70 yaş)”.
Hesabatda bildirilir ki, Rusiya qanunvericiliyi azsaylı xalqların dilinin qorunmasına, təhsil almasına, keyfiyyətli içməli su və torpaq ehtiyatlarından istifadəsinə zəmanət versə də, bu, çox vaxt formal xarakter daşıyır: “Etnik qrupların məskunlaşdığı ərazilərdə torpaqlar sənaye müəssisələri və digər məqsədlər üçün ard-arda zəbt edilir. Azsaylı xalqlar isə istər sosial, istərsə də mədəni baxımdan həmin torpaqlardan çox asılıdır. Torpaq zəbti onları təbii sərvətlərdən məhrum edir, sosial-mədəni risklərə məruz qoyur”.
Hesabatda vurğulanır ki, dərindən götürəndə Rusiyada azsaylı xalqların ən böyük problemi şovinizm, millətçilik, irqçilikdir. Qeyd olunur ki, etnik qrupların bir sıra problemlərinin, o cümlədən yoxsulluğunun, mədəni özünüqoruma imkanlarının tükənməsinin kökündə ilk növbədə milli, irqi-ayrı seçkilik durur. Rusiyada qeyri-rusların milli, irqi nifrət zəminində bir çox cinayətlə, özbaşınalıqla üzləşdiyi, 2022-ci ilin fevralında Kreml Ukraynada total müharibə başlayandan vəziyyətin daha da pisləşdiyi vurğulanır: “Məlumatlara görə, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar səfərbərliyə cəlb olunan azsaylı xalqların nümayəndələrinin sayı rusların sayından çoxdur”.
Hesabatda Rusiyada azsaylı xalqların dilini, mədəni irsini qorumaq üçün müəyyən tədbirlərin görüldüyü də etiraf edilir, ancaq tədbirlərin bütün istiqamətləri əhatə edə bilməsi, lazımi effekt verməsi üçün əlavə tədbirlərə, maliyyə dəstəyinə ehtiyac duyulduğu diqqətə çatdırılır.