Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putinin köməkçisi: "Oğlum Ukraynada döyüşüb"

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov oğlu Nikolayın Ukraynadakı müharibədə iştirak etdiyini təsdiqləyib.

TASS xəbər verir ki, Peskov oğlunun vaxtı ilə Rusiya Silahlı Qüvvələrində xidmət etdiyini deyib:

“O, öz borcunu yerinə yetirib. İndi də belə bir qərar verib. Amma mən bu barədə daha çox danışmaq istəmirəm”.

Qeyd edək ki, Dmitri Peskovun oğlu Nikolay Peskov Ukraynada təxminən 6 ay Rusiyanın muzdlu şirkəti “Vaqner”in tərkibində döyüşdüyünü açıqlayıb.