Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putinin COP29-da iştirak edib-etməyəcəyi bilinmir

Rusiya Prezidenti Vladimir Putinin Bakıda keçiriləcək iqlim konfransında iştirak edib-etməyəcəyi bəlli deyil.

TASS xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Xeyr, bəlli deyil”, - deyə Peskov müvafiq suala cavab verib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin 29-cu Konfransı (COP29) 11-24 noyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək.