Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin gələn ay Türkiyəyə gedəcək

Rusiya Prezidenti Vladimir Putinin fevral ayında Türkiyəyə səfər edəcəyi rəsmən təsdiqlənib.

TASS xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov yanvarın 29-da jurnalistlərə açıqlamasında bildirib.

“Bəli, səfərə hazırlıq görülür”, - o vurğulayıb. Y.Uşakov səfərin fevralda reallaşacağını da təsdiqləyib.

Bir müddət əvvəl V.Putinin fevralda Türkiyəyə səfər edəcəyi ilə bağlı məlumat yayılmışdı.