Proqnozlar özünü doğruldur: Yağın qiyməti durmadan artır - VİDEO
19 Aprel 2022
Bir müddətdir ki, ərzaq məhsullarında qiymət artımı müşahidə edilir. Xüsusilə yağlarda bu artım daha çox nəzərə çarpır. Fərqi görmək üçün ötən ilin dekabr ayındakı qiymətlərlə mövcud qiymətlər müqayisə edilərkən məlum olub ki, Türkiyədən idxal olunan duru yağın 1 litrində 2.50-3, Rusiyadan idxal edilən yağın 1 litrində isə 1.50-2 AZN-ə qədər bahalaşma müşahidə edilir.
Xammalı xaricdən gətirilməklə Azərbaycanda istehsal olunan duru yağın qiymətində isə 1 manata qədər qiymət artımı var.
Kərə yağında da vəziyyət fərqli deyil. İdxalçı şirkətlər növbəti aylarda qiymətlərin daha 30-50 faiz artacağını bildirir.
Ekspertlərin fikrincə, qısa müddətdə mümkün olmasa da, qarşıdakı dövrdə daxili istehsalı artırmadıqca, yağın qiyməti bahalaşmağa davam edəcək.