Logo
news content
User
Kateqoriyalar

Xəbər

Peskovdan xəbərdarlıq: "İrəvanın Kiyevin yolunu tutmayacağına ümid edirik"

"Rusiya ümid edir ki, Ermənistan Ukraynanın vaxtilə seçdiyi yolu seçməyəcək".

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Ermənistan suveren ölkədir. O özü qarşılıqlı fəaliyyətin prioritet sahələrini seçir. İrəvanın axtarışlarına hörmətlə yanaşırıq, lakin ümid edirik ki, bu axtarışlar vaxtilə Kiyev rejiminin seçdiyi yola gətirib çıxarmayacaq", - Peskov jurnalistlərin suallarını cavablandırarkən deyib.