Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paytaxt su altında qalıb, məmurlar özlərinə bəraət qazandırmağa çalışırlar

Ölkə ərazisində yağışın səbəb olduğu fəsadların aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin birgə məlumatındə  deyilir.

Qeyd olunur ki, sutka ərzində "rekord miqdarda yağıntı" (aylıq normanın 306%-i) düşüb.

Aidiyyatı qurumlar və Fövqəladə Hallar Nazirliyinin qüvvələri suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçiriliməsini təmin edirlər.

Bakı Şəhər İcra Hakimiyyəti subasma şəhər ərazisində, xüsusilə körpü, tunel və keçidlərdəki zəif nöqtələrin müəyyən edilməsi istiqamətində araşdırmalar aparıb. Hazırda prospekt və küçələrdə yağış suları yığan şəbəkə və su kollektorlarının inventarizasiyası işləri aparılır, çatışmazlıqların müəyyən edilməsi, gələcəkdə bu kimi halların baş verməməsi və belə halların operativ şəkildə aradan qaldırılması məqsədilə tədbirlər həyata keçirilir, məlumatda deyilir.

Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin briqadaları yağış və kanalizasiya kollektorlarının təmizlənməsi, yığılan suların ərazilərdən çəkilməsi, yağışın səbəb olduğu fəsadların aradan qaldırılması istiqamətində sistematik və operativ tədbirlər həyata keçirir, sənəddə qeyd olunur.