
Paşinyan Ermənistan ordusuna atəşkəsi pozmamaq əmri verib
20 Mart 2025
Ermənistan Müdafiə Nazirliyinə təlimatım aydındır, atəşkəs rejimini pozmayın.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir. Ermənistan Müdafiə Nazirliyinə təlimatım aydındır: atəşkəs rejimini pozmayın. Ermənistan müharibəyə deyil, sülhə doğru gedir", - o qeyd edib.