Logo
news content
User
Kateqoriyalar

Xəbər

Neft sürətlə ucuzlaşır - “Brent”in qiyməti son 4 ildə ilk dəfə 65 dollardan aşağı düşüb

Dünya bazarında neft qiymətlərinin azalması 7 %-i keçib, London Əmtəə Birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 2021-ci ilin avqustundan bəri ilk dəfə 65 ABŞ dollarından aşağı düşüb.

Bu barədə “İnterfaks” xəbər verir.

Bakı vaxtı ilə saat 15:30-da "Brent" neftinin iyun fyuçerslərinin qiyməti bir barel üçün 64,73 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ticarətin bağlanışından 5,41 ABŞ dolları (7,71 %) az olub. Günün sonunda qiymət nisbətən sabitləşərək bir barel üçün 65,91 dollar səviyyəsində olub. Lakin ekspertlər qiymətin düşməkdə davam edəcəyini güman edirlər.  

Hər iki müqavilə həftəni yarım il ərzində maksimum azalma ilə başa vurur. "Dow Jones" məlumatlarına görə, "Brent”in qiymətinin düşməsi 2022-ci ilin avqustundan, WTI-nin qiymətinin düşməsi isə 2022-ci ilin iyulundan bəri ən əhəmiyyətli olub.

“Goldman Sachs”ın analitikləri bu və növbəti illər üçün neft qiymətləri proqnozlarını aşağı salaraq, qeyd ediblər ki, ticarət müharibələrinin eskalasiyası səbəbindən qlobal tələbatın zəifləməsini, həmçinin OPEK+ ölkələrindən tədarükün artırılmasını gözləyirlər.