Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan XİN AŞPA prezidentinin adını "qara siyahıya" daxil edib

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması barədə ədalətsiz və hüquqi cəhətdən suallar doğuran təşəbbüsü dəstəkləyən 76 nəfər AŞPA üzvləri kimi, AŞPA prezidenti Teodoros Rusopulosun da adı qara siyahıya daxil edilib.

Bu sözləri Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə AŞPA prezidentinin Azərbaycan əleyhinə fikirlərinə münasibət bildirərkən deyib.

A. Hacızadə bildirib ki, Rusopulos Azərbaycana soxularsa, rədd ediləcəkdir.

Qeyd edək ki, Teodoros Rusopulos "Alpha News" qəzetinə müsahibəsi zamanı Azərbaycan prezidenti əleyhinə iddialar səsləndirib.