
Tramp Çinə 145 faizlik rüsum tətbiq edib və dərhal barışmaq istəyib
12 Aprel 2025
ABŞ Çin mallarına gömrük rüsumlarını 145 %-dək qaldırıb.
Bu barədə CNBC Ağ Evə istinadən məlumat yayıb.
“Ağ Evdən vurğulanıb ki, Trampın Çin mallarına tətbiq etdiyi rüsumlar artıq 145 % təşkil edir”, - kanalın saytında dərc olunan xəbərdə deyilir.
Qeyd edək ki, aprelin 9-da ABŞ Prezidenti Çindən idxal edilən mallara 125 % rüsum təyin etmişdi.
Tramp 145 %-dək gömrük rüsumu təyin edəndən sonra Çinlə ticarət sazişi bağlamaq istədiini və onun razılaşa biləcəyinə əmin olduğunu bildirin.
“Görək Çinlə işlər necə gedir. Biz razılaşmaq istərdik. Əminəm ki, biz əla anlaşacağıq. Mən Çin Xalq Respublikasının Sədri Si Cinpinə böyük hörmətlə yanaşıram, o, uzun müddətdir mənim dostumdur və inanıram ki, biz ölkələrimiz üçün yaxşı olacaq addımlar atacıq”, - deyə o qeyd edib.
Qeyd edək ki, Donald Tramp prezident seçildikdən sonra Çin mallarına 4 mərhələdə rüsum tətbiqini elan edib. Aprelin 9-dan etibarən Çin malları üçün idxal rüsumları 104 faizə qaldırılıb.
Rəsmi Pekin isə ABŞ-ın Çin mallarına tətbiq etdiyi idxal rüsumlarını artırmasına cavab olaraq ABŞ-dan idxal edilən mallara 84 faizlik gömrük tarifləri tətbiq edəcəyini açıqlayıb. Bundan başqa, ABŞ-ın daha 12 şirkəti Çinin ixrac nəzarəti siyahısına, 6 şirkəti isə etibarsız müəssisələr siyahısına daxil edilib.
Çin Xarici İşlər Nazirliyi də ABŞ-ın addımlarının cavabsız qalmayacağını, ölkənin qanuni hüquq və maraqlarını qorumaq üçün qətiyyətli tədbirlər görüləcəyini açıqlamışdı.