Logo
news content
User
Kateqoriyalar

Xəbər

Goranboyda küçə itləri 12 yaşlı qıza hücum etdi

Goranboyda 12 yaşlı qız küçə itlərinin hücumuna məruz qalıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, aprelin 11-də, saat 15:30-da 2013-cü il təvəllüdlü şəxs (qadın cinsli) it dişləməsi səbəbi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona ayaq pəncəsinin deşilmiş yarası diaqnozu təyin edilib.

Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.