Logo
news content
User
Kateqoriyalar

Xəbər

NATO: Ukraynaya əks-hücum üçün vəd edilən silahların 98 faizi çatdırılıb

Ukrayna əks-hücum əməliyyatını vaxtında həyata keçirmək üçün Qərb silahlarını alacaq.

Bu barədə NATO-nun Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin Ali Baş Komandanı, amerikalı general Kristofer Kavoli bildirib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə çıxış edən general Kiyevin “hücum əməliyyatını həyata keçirmək üçün lazım olan bütün silahları vaxtında alacaqmı” sualına müsbət cavab verib.

"Bəli. Biz ukraynalı həmkarlarımızla bu hücum üçün onlara nə qədər material lazım olacağı barədə danışmışıq. Mən tam əminəm ki, biz onlara lazım olan materialı çatdırmışıq və onların əməliyyatlarını dəstəkləmək üçün çatdırmağa davam edəcəyik", - Kavoli bildirib.

General onu da bildirib ki, vəd edilmiş hərbi texnikanın 98%-dən çoxu artıq Kiyevə çatdırılıb.