Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Muskomediya"nın direktoru dəyişdi - Əliqismət Lalayev çıxarıldı, yerinə Aqil Bəhramlı təyin edildi

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev tutduğu vəzifədən azad edilib.

Mədəniyyət naziri Adil Kərimli bu barədə əmr imzalayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev 6 may 2008-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin əmrinə əsasən, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) direktoru vəzifəsinə təyin olunub.

Mədəniyyət nazirinin digər əmri ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrına yeni direktor təyin olunub. Bu vəzifəyə Aqil Bəhramlı təyinat alıb. 

Qeyd edək ki, A.Bəhramlı bundan əvvəl Gəncə Dövlət Milli Dram Teatrının direktoru vəzifəsində çalışıb.