Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mühasirədə olduqlarını iddia edən ermənilər indi Ermənistana getməkdən imtina edirlər

Aprelin 29-dan etibarən Beynəlxalq Qızıl Xaç Cəmiyyəti Qarabağdan Ermənistana xəstə aparmır. Bu barədə BQXC-nin Ermənistandakı nümayəndəsi Zara Amatuni bildirib.

O qeyd edib ki, Laçında Azərbaycanın sərhəd-buraxılış məntəqəsi təsis edildikdən sonra BQXC iki dəfə xəstə aparıb: "Aprelin 28-də 13 nəfər, 29-da isə 16 nəfər aparılıb. Amma sonradan müəyyən dəqiqləşdirmələrə ehtiyac yaranıb, hazırda onlar müzakirə olunur", deyə o qeyd edib.

Ermənistan KİV-lərinin məlumatına görə, Qarabağ separatçılarının liderləri faktiki olaraq Laçındakı sərhəd-buraxılış məntəqəsindən keçməyi qadağan edib. Ermənistan tərəfi bununla Laçın sərhəd-buraxılış məntəqəsinin fəaliyyətini legitimləşdirməkdən qorxur. Ermənilər Rusiya sülhməramlılarının köməyi ilə bu sərhəd-buraxılış məntəqəsini aradan qaldırmağa ümid edirdi, amma Qarabağın "dövlət naziri" Gurgen Nersisyan etiraf edib ki, sülhməramlıların komandanı general Lentsovun Bakıda bu barədə danışıqları nəticə verməyib.