MSK şikayətləri dairə seçki komissiyalarına göndərir
04 Sentyabr 2024
Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 4-də keçirilən iclasında müzakirə olunan şikayətlər dairələrə göndəriləcək.
Bu barədə MSK-nın sədri Məahir Pənahov bildirib.
Onun sözlərinə görə, dairələr baxandan sonra yenidən şikayət olarsa, MSK-da baxılacaq.
İclasda MSK 97 saylı Tərtər-Ağdərə-Goranboy, 8 saylı Binəqədi birinci, 86 saylı Ağcabədi, 42 saylı Sumqayıt birinci, 120 saylı Cəbrayıl-Qubadlı, 33 saylı Xətai birinci, 31 saylı Suraxanı ikinci, 21 saylı Nəsimi-Binəqədi, 70 saylı Neftçala seçki dairələrindən daxil olmuş müraciətləri baxılması üçün müvafiq dairələrə göndərilməsi ilə bağlı qərar qəbul etdi.
Eyni zamanda MSK sədri qeyd edib ki, seçkilər çox yüksək səviyyədə keçib.
Onun sözlərinə görə, MSK bütün şikayətləri araşdırır: "Sosial şəbəkədə olan görüntülər də araşdırılacaq. Mətbuat nümayəndələrində də hansısa pozuntu faktı varsa, bizə təqdim etsin".