Logo
news content
User
Kateqoriyalar

Xəbər

MN: Ermənistan Azərbaycan Ordusunun mövqelərini artilleriya atəşinə tutur

Mayın 11-i saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun şərti sərhədin bu istiqamətdəki mövqelərini D-30 toplarından istifadə etməklə atəşə tutur.

Bu barədə Pressklub.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.