Məxfi Xidmət Baydenə insanlara yaxınlaşmağı qadağan edib
04 Sentyabr 2024
ABŞ Prezidenti Co Bayden Birləşmiş Ştatların Məxfi Xidmətinin təhlükəsizlik baxımından ona böyük izdihama yaxınlaşmağı qadağan etdiyini deyib.
“RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ lideri jurnalistlərlə söhbəti zamanı bildirib.
“ABŞ Məxfi Xidmətinin əməkdaşları bunun çox təhlükəli olduğunu iddia edirlər”, - o vurğulayıb.
Qeyd edək ki, iyulun 14-də ABŞ-nin keçmiş prezidenti Donald Trampın Pensilvaniyada keçirilən mitinqi atışma ilə başa çatıb. 20 yaşlı Tomas Metyu Kruks AR-15 tüfəngindən siyasətçiyə atəş açıb, güllələrdən biri onun qulağına dəyib.