Logo
news content
User
Kateqoriyalar

Xəbər

Metyu Miller: “Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən narahatıq”

“ABŞ şərti Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən narahatdır”.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi növbəti brifinqdə deyib.

“Biz bu vəziyyətdən narahat olmağa davam edirik. Və biz hər iki tərəfi qalan fikir ayrılıqlarını aradan qaldırmaq üçün birlikdə işləməyə çağırırıq”, - Miller deyib.

O, Amerika tərəfinin mövqeyini bir daha təkrarlayaraq bəyan edib ki, sülh sazişi hələ də əldə edilə bilər.

“Biz inanırıq ki, razılaşma hələ də əldə edilə bilər və irəli getmək üçün hər iki tərəflə görüşməyi səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, iyunun 15-i saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.

Bildirilib ki, cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

"Yaralanmış hərbi qulluqçumuza ilkin tibbi yardım göstərilmiş, həyatı təhlükəsi yoxdur. Bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda bildirilib.