Logo
news content
User
Kateqoriyalar

Xəbər

Makronun koalisiyası biabırçı məğlubiyyətə uğradı - Sağçılar hakimiyyətə gəlir

Fransada keçirilən parlament seçkilərinin birinci turunda sağçı “Milli Birlik” partiyası və müttəfiq qüvvələr birinci yeri tutub, “Respublika uğrunda Birlikdə” prezident koalisiyası isə üçüncü olub.

TASS xəbər verir ki, bu barədə Fransanın “Le Parisien” qəzeti məlumat yayıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, “Milli Birlik” 33,4 faiz, solçu Yeni Xalq Cəbhəsi isə 27,98 faiz səs toplayıb. Fransa Prezidenti Emmanuel Makronun koalisiyası 20,76 faiz səs yığıb.