Logo
news content
User
Kateqoriyalar

Xəbər

“LC Waikiki”nin saytına giriş məhdudlaşdırılıb, başqaları da belə addım atıla bilərmi?- AÇIQLAMA

Xəbər verildiyi kimi, Azərbaycandan “LC Waikiki” brendinin internet saytına giriş məhdudlaşdırılıb. Ehtimal edilir ki, Bakıda fəaliyyət göstərən “LC Waikiki” filiallarında satış azaldığı üçün onlar bununla bağlı müraciət ediblər. Nəticədə azərbaycanlı istifadəçilər üçün şirkətin saytına giriş məhdudlaşdırılıb.

Bununla bağlı fikirlərini bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib ki, şirkətlər istənilən addımı ata bilərlər.

”Bazar iqtisadiyyatıdır, rəqabətdir, tələb-təklif qanunudur, özləri bilən məsləhətdir. Amma mənim üçün xalqın mənafeyi, marağı daha üstündür. Əgər insanlara xaricdən sifariş verib mal almaq sərf edirsə, deməli, belə də olmalıdır. Eyni zamanda istənilən şirkət öz marektinqində xüsusi siyasət, islahatlar aparmalıdır ki, insanları cəlb etsin və onun brend mallarını Bakıdakı filiallarından da alsınlar. İnsanlar “LC Waikiki”nin məhsulunu sifariş verib üç ay sonra almaq istəyirlərsə, bu, onların seçimidir. Nəzərə alaq ki, gömrük rüsumunu 1000 dollardan 300 dollara azaltmışıq. Bundan artıq məbləğdə xaricdən mal gələndə 36% ödəniş olunmalıdır. İnsanlara imkan vermək lazımdır ki, istənilən formada alverlərini etsinlər”, - deputat bildirib.