Logo
news content
User
Kateqoriyalar

Xəbər

Lavrov: "Dünya soyuq müharibə dövründən daha təhlükəlidir"

Soyuq müharibədən bəri dünya bəlkə də daha da təhlükəli həddə yaxınlaşıb, vəziyyət ABŞ və müttəfiqlərinin diplomatiyadan imtinası ilə daha da kəskinləşir.

TASS xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının təşkilatın nizamnaməsinin prinsiplərinin müdafiəsi vasitəsilə səmərəli çoxtərəfliliyə dair iclasında deyib.

“Hörmətli həmkarlar, biz bir daha, soyuq müharibə illərində olduğu kimi, təhlükəli və bəlkə də daha təhlükəli həddə yaxınlaşmışıq. Vəziyyət çoxtərəfliliyə inamın itirilməsi ilə daha da ağırlaşır”, - o qeyd edib.

Onun sözlərinə görə, bütün bunlar “müharibə dəhşətlərinin qarşısını almaq üçün yaradılan BMT-nin divarları arasında” baş verir.

Rusiya diplomatiyasının rəhbəri vurğulayıb ki, “hər kəs öz köklərinə qayıtmalıdır – bütün müxtəlifliyi və qarşılıqlı əlaqəsi ilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə riayət etmək”.

Lavrovun fikrincə, indiki mərhələdə əsl çoxtərəflilik “BMT-nin beynəlxalq münasibətlərin çoxqütblü arxitekturasının formalaşmasında obyektiv tendensiyalara uyğunlaşdırılmasını tələb edir”:

“Təhlükəsizlik Şurasında Asiya, Afrika və Latın Amerikası ölkələrinin təmsilçiliyini genişləndirməklə islahatları sürətləndirmək lazımdır. Hazırda Qərbin BMT-nin bu əsas orqanında həddindən artıq çox təmsil olunması çoxtərəflilik prinsipini sarsıdır”.