Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kolleclər ali təhsilin bir hissəsi kimi tanına bilər

“Bu gün orta ixtisas təhsili müəssisələri (kolleclər) əmək bazarı tərəfindən tam anlaşılmır”. 

Pressklub.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, buna görə də “Ali təhsil haqqında” qanun layihəsində kolleclərin ali təhsilin bir hissəsi kimi tanınması təşəbbüsü var: “Bu gün əmək bazarında ali təhsilli şəxslərin iş tapmasında müəyyən çətinliklər yaşanır. Kollec məzunlarında bu problem daha dərindir”.