Keşiş Baqrat yenə tərəfdarlarını yığır...
23 Sentyabr 2024
Ermənistanın "Vətən naminə Tavuş" müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan tərəfdarları ilə görüşündə oktyabrın 2-dən etibarən aktiv mübarizənin bərpa olunacağını və İrəvanda Respublika meydanında mitinq keçirəcəyini bəyan edib.
Ermənistan KİV-i xəbər verir ki, görüş yerli xəbər portalları tərəfindən canlı yayımlanacaq.
Xatırladaq ki, erməni apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyanın başçılığı ilə ölkədə etiraz aksiyaları Bakı və İrəvanın Tavuş vilayətində sərhədin delimitasiyası ilə bağlı razılığa gəlməsi xəbərindən sonra başlayıb. Faktiki olaraq, İrəvan Azərbaycan SSR-in tərkibində olan və 1990-cı illərdən Ermənistanın nəzarətində olan dörd kəndin Bakıya verilməsinə razılıq verib. "Vətən naminə Tavuş" hərəkatı Ermənistanın baş naziri Nikol Paşinyanın birtərəfli qaydada əraziləri Azərbaycana verməkdə ittiham edərək istefasını tələb edir.