Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kəlbəcərdə 3 nəfər minaya düşüb

Kəlbəcərdə mina hadisəsi baş verib, üç nəfər yaralanıb.

Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər, Müdafiə Nazirlikləri və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında deyilir.

Belə ki, iyulun 19-da Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

Hadisə nəticəsində 1969-cu il təvəllüdlü Hüseynov Xəlifə Həsən oğlu piyada əleyhinə minaya düşərək xəsarət, onun arxasınca hərəkət edən 1978-ci il təvəllüdlü Məmmədov Səməndər Əliqəmə oğlu isə həmin mina partlaması nəticəsində qəlpə yaraları alıb.

Daha sonra hadisə yerinə onlara köməyə gedən 1976-cı il təvəllüdlü Qaraşov Rahim Əşrəf oğlu ikinci minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.

"Bir daha vətəndaşlarımızı təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırırıq!", - birgə məlumatda qeyd olunub.

***

Kəlbəcərdə 55 yaşlı kişi minaya düşüb.

Hadisə rayonun Ağdaban kəndində qeydə alınıb.

1969-cü il təvəllüdlü Hüseynov Xəlifə Həsən oğlu kənd ərazisində minaya düşüb.

Hadisə yerinə Kəlbəcər RPŞ-nin əməkdaşları cəlb olunub.

Xəlifə Hüseynov xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır.