Kaxovka faciəsi: Xersonun 600 kv. km sahəsi su altında qalıb
08 İyun 2023
Rusiyanın işğalı altında olan Ukraynanın Xerson vilayətinin 600 kv. km sahəsini su basıb.
Bunu Xerson vilayətinin dövlət administrasiyasının başçısı Aleksandr Proskudin bildirib.
Ukraynalı başçının sözlərinə görə, Dnepr çayının sağ sahilinin 32 faizini, sol sahilinin isə 68 faizini su basıb.
Aleksandr Proskudin deyib ki, həmin ərazidə suyun səviyyəsi 5,61 metrdir. Ərazidən 1999 nəfər artıq təxliyə edilib. O, bu prosesin davam etdiyini də vurğulayıb.
Rusiya KİV-in məlumatına əsasən isə 14 min ev su altında qalıb, 4300-ə yaxın sakin təxliyə olunub.
Qeyd edək ki, Ukraynada Kaxovka SES-in bəndi iyunun 6-da partladılıb.
Bu stansiya Ukraynanın cənubundakı rayonların elektrik, enerji, suvarma və su təchizatı, eləcə də Xersondan Zaporojyeyə naviqasiya üçün Dnepr axınının illik tənzimlənməsini təmin edirdi. Kaxovka SES 2022-ci ilin fevralında Şimali Krım kanalı ilə birlikdə Rusiya tərəfindən işğal olunub.