Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsrail “Hizbullah”ın bir neçə yüksək rütbəli liderini məhv edib

İsrail ordusunun hücumu nəticəsində “Hizbullah”ın raket qüvvələrinin başçısı İbrahim Məhəmməd Kabisi, onun müavini Abbas İbrahim Şərəf Əd-Din, həmçinin hərəkatın bir neçə yüksək rütbəli lideri öldürülüb.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) sosial şəbəkələrdə yaydığı məlumatda deyilir.

Zərbələr “Şimal oxları” əməliyyatı çərçivəsində endirilib.

Qeyd olunub ki, IDF-in endirdiyi daha bir zərbə nəticəsində təşkilatın zenit-raket kompleksi bölməsinin baş əməliyyatçısı Fuad Şafik Hazal Hanafer də həlak olub.