Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranın XİN rəhbəri: "ABŞ İranın qırmızı xətlərini bilir"

Vyana müzakirələri dayandırılmayıb və başqa bir formatda ABŞ və İran arasında məktublaşmaqla davam etdirilir.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiyan bildirib.





Nazir deyib ki, məktublaşma Avropa İttifaqının Vyana müzakirələrindəki nümayəndəsi vasitəsilə aparılır:


"Bu müzakirələrdə hədəfimiz güclü və davamlı razılıq əldə etməkdir. ABŞ İranın qırmızı xətlərini bilir. Müzakirələri davam etdirəcəyik, razılıq əldə olunarsa nümayəndəmiz Vyanada son razılaşmanı imzalayacaq."