İran: İldə 600 min qanunsuz abort...
24 Aprel 2023
İranda qanunsuz abortların artması sarıdan narahatlıq var. Səhiyyə Nazirliyinin rəsmisi abortların 80 faizinin qanunsuz olduğunu deyib.
Hökumət əhali artımını stimullaşdırmaq üçün 2021-ci ildə tibbi abortlara qadağaları sərtləşdirib, kontraseptivlərin pulsuz paylanmasını qadağan edib.
İndi isə qanunsuz abortların artmasını göstərən rəqəmlər qadınların arzuolunmaz hamiləlikləri dövlət səhiyyə sistemindən kənarda sonlandırdığını göstərir.
Abort elətdirmək istəyən qadınlar qara bazara üz tutur, saxta, müddəti keçmiş ola biləcək həblər əldə edirlər. Bəzən isə onlar qeyri-gigiyenik şəraitdə işləyən ara həkimlərinin, mamaçaların yardımına üz tuturlar.
Hökumət rəsmiləri hər il 300 min – 600 min qanunsuz abortun gerçəkləşdiyini bildirirlər.
Tehranda AzadlıqRadiosunun Radio Fərda xidmətinə danışan mamaça qanunsuz abortların “əhəmiyyətli dərəcədə” artdığını bildirib. Qadının sözlərinə görə, tibb işçiləri ölkədə hər il bir milyonadək abortun ola biləcəyini deyir.
“Arzuolunmaz hamiləlikləri önləyə biləcək kontraseptivləri pulsuz paylayırdıq. İndi isə daha yoxsul ailələrdən qadınlar qara bazardan aldıqları, təhlükəli həbləri qəbul edirlər, bu isə onların səhhətini pisləşdirə, həyatlarına risk yarada bilər”, – qadın deyib.
Onun sözlərinə görə, hakimiyyət “nəyin bahasına olursa olsun” ölkədə doğum səviyyəsini yüksəltməyə çalışır, bu addım isə “təhlükəli abortları daha da artıra bilər”.
Səhiyyə Nazirliyinin rəsmisi Süleyman Heydəri aprelin 18-də deyib ki, İranda abortların 80 faizə qədəri qanunsuz həyata keçirilir. O, qanunsuz abortların sayının artdığını deməyib, ancaq bəzi hesablamaların, dəqiq olarsa, “fəlakətli” anlamına gəldiyini bildirib.
Ötən həftənin əvvəlində Prezident İbrahim Rəisi də ölkədə abort sayının “narahatlıq doğurduğunu” deyərək “qanunu pozanları” cəzalandırmağa çağırıb.
Rəsmilər deyirlər ki, qanunsuz abort həyata keçirməkdə təqsirli bilinən tibb işçilərinin tibbi fəaliyyətlə məşğul olmasına qadağa qoyulacaq. Tehranın valisi Möhsün Mansuri ötən il hakimiyyəti qadınlara arzuolunmaz hamiləliyi sonlandırmağa imkan verən mərkəzlərə qarşı tədbir görməyə çağırmışdı.
Səhiyyə Nazirliyinin sözçüsü qurumun bazardan abort həblərinin yığışdırılması da daxil, “məqsədli abortlara” qarşı tədbir gördüyünü açıqlayıb.
Qadın hüquqları fəalı və tədqiqatçı Mənsurə Şocai AzadıqRadiosuna deyib ki, tibb abortları məhdudlaşdıran qanun qadın hüquqlarının öz bədənləri üzərində muxtariyyət hüququnun pozulmasıdır.
O, sentyabrdan ölkədə gedən nümayişlərdə etirazçıların “Qadınlar, Həyat və Azadlıq” şüarı səsləndirdiyini yada salır. Ötən sentyabrda 22 yaşlı qadının guya hicabı düzgün bağlamadığına görə saxlanması və polisdə vəfatı ölkə boyunca etirazlara yol açıb.
“Qadınlar hamilə qalmaq, uşaq sahibi olmaq, uşaqlarının sayı ilə bağlı özləri qərar verə bilməlidirlər”, – Şocai vurğulayıb.
O da tibbi abortlara və kontraseptivlərə məhdudiyyətlərin qadınların həyatına risk yaratdığını sözlərinə əlavə edib.
Əvvəllər hamiləliyin ilk dörd ayında üç həkim qadının həyatına risk, yaxud dölün ağır fiziki və mental əlilliyi olması haqda razılığa gələrdisə, abortlar qanuni həyata keçirilirdi. 2021-ci ildə qəbul olunmuş qanunda deyilir ki, abort yalnız bir hakim və iki tibb peşəkarının qərarıyla gerçəkləşə bilər.
Son illər İranda qadınlar iqtisadi çətinliklər, digər səbəblərdən daha az, yaxud heç övlad sahibi olmamağa qərar verirlər. Nəticədə 1980-ci illərdə dörd faizdən yuxarı olan doğum səviyyəsi 2020-ci ildə 1.29 faizə düşüb.

İlə 600 minədək qanunsuz abort?

Rəsmilərin təlaşı

Qadın hüquqları