Logo
news content
User
Kateqoriyalar

Xəbər

Həmişə həkim xəstələrdən pul alırdı, bu dəfə...

Bakıda şantajla üzləşdiyini bildirən həkim hüquq-mühafizə orqanlarına müraciət edib.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitunun həkimi F.Məmmədov şikayət ərizəsində bildirib ki, müalicə etdiyi xəstənin oğlu ona hədə-qorxu gələrək 900 manat alıb.

Belə ki, 1982-ci il təvəllüdlü Gədəbəy sakini A.Ə. həkimə atasının düzgün müalicə edilmədiyini bildirərək ona hədə-qorxu gəlməyə və pul tələb etməyə başlayıb. Bu yolla o, həkimdən hissə-hissə olmaqla 900 manat alıb.

Pul tələblərinin davamını gördüyünü deyən həkim Nizami Rayon Prokurorluğuna müraciət edərək məsələyə hüquqi qiymətin verilməsini xahiş edib. (Qafqazinfo)