Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gürcüstanın Bolnisi rayonunda Su-25 qəzaya uğrayıb, pilot həlak olub

Gürcüstanda hərbi təyyarə qəzaya uğrayıb.

Təyyarə Bolnisi rayonunun (Kvemo Kartli bölgəsi) Disveli kəndində qəzaya uğrayıb. Qəza nəticəsində pilot həlak olub.

Gürcüstan Müdafiə Nazirliyi ölkənin şərqində hərbi təyyarənin qəzaya uğraması və pilotun ölümü ilə bağlı məlumatı təsdiqləyib. Bununla bağlı Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

“Planlı hərbi təlimlər zamanı Müdafiə Qüvvələrinə məxsus təyyarələrdən biri (Su-25) qəzaya uğrayıb. Qəza nəticəsində Müdafiə Qüvvələrinin aviasiya-hava komandanlığının pilotu Kaxaber Zurabaşvili faciəvi şəkildə həlak olub. Müdafiə Nazirliyi hadisənin səbəblərini müəyyən etmək üçün ekspertiza aparır. Nazirlik həlak olan pilotun ailəsinə və yaxınlarına başsağlığı verir”, - deyə məlumatda bildirilib.

Digər təfərrüatlar hələlik məlum deyil.