Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gürcü müxalifəti izdihamlı mitinq keçirib - FOTOLAR/VİDEO

Bazar ertəsi Tbilisidə on minlərlə insan bir neçə saatlıq etiraz aksiyası keçirib.

Mitinqi parlament seçkilərinin nəticələrini tanımayan müxalifət partiyaları təşkil edib.

Turanın xüsusi müxbirin Tbilisodən verdiyi məlumata görə, Gürcüstan prezidenti Salome Zurabişvili beynəlxalq ictimaiyyəti Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrini tanımamaga və saxtakarlığ faktlarını araşdırmağa çağırıb.

Müxalifət beynəlxalq seçki administrasiyasının rəhbərliyi altında təkrar seçkilərin keçirilməsini tələb edib.

Həmçinin, hər dörd müxalif partiya liderləri parlamentə daxil olmaq fikrində olmadıqlarını və mandatlarından imtina etmək niyyətində olduqlarını təsdiqləyiblər.

Aksiya insidentsiz baş tutub.