Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gəncədə binada partlayış olub, 2 nəfər ölüb, 2 nəfər yaralanıb

Gəncədə binada partlayış baş verib. 

Hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

hadisə zamanı 1962-ci il təvəllüdlü Mehriban Paşayeva və 1980-ci ildə anadan olmuş Könül Xudaverdiyeva həlak olub.

1991-ci il təvəllüdlü Bəxtiyar Orucov, 1999-cu il təvəllüdlü Firuzə Yusibova və 2004-cü il təvəllüdlü Nuranə Əliyeva isə xəsarət alıb.

TƏBİB-dən bildirilib ki, partlayışla əlaqədar 3 nəfər saat 07:10 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub:

“Onlara zəruri tibbi xidmətlər göstərilib. 1 nəfər vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müalicə üçün evə buraxılıb. 2 nəfərin müalicəsi isə davam etdirilir, vəziyyətləri stabildir”.

Əraziyə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları və digər qurumların nümayəndələri cəlb olunub.

Hadisəyə səbəb qaz sızıntısının olması güman edilir.