G7 Ukraynanın borc ödəmələrini təxirə salıb
25 Mart 2023
G7 ölkələrinin daxil olduğu kreditorlar qrupu Ukraynaya 2027-ci ilə qədər kredit ödənişlərini təxirə salıb.
Pressklub.az xəbər verir ki, bu barədə bu barədə “Ukrinform“ Kanada Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Qrupa üzv olan bütün dövlətlərin nümayəndələri martın 23-də görüşərək Ukraynanın dövlət borcu ilə bağlı ortaq mövqe barədə razılığa gəliblər.
“Kreditorlar Qrupu tərəfindən maliyyə təminatının verilməsi Ukraynanın milli qanunvericiliyinə uyğun olaraq, Beynəlxalq Valyuta Fondun proqramının (2023-2027-ci illər) icra olunduğu dövr ərzində 2022-ci il avqustun 1-dən borcun ödənilməsi üzrə dondurulmanın uzadılmasını nəzərdə tutur”, - deyə mesajda qeyd olunur.
Qeyd olunur ki, Ukraynada iqtisadi vəziyyət sabitləşdikdən sonra və ya BVF proqramı başa çatana qədər kreditor dövlətlər Ukraynanın kredit yükünü yüngülləşdirmək üçün əlavə addımlar atacaqlar.
"Ukraynanın bir qrup kreditoru BVF proqramının parametrlərinə cavab verən borc həllini təklif edəcək, bir şərtlə ki, xarici özəl kreditorlar daha az əlverişli şərtlər təqdim etsinlər", - Kanada Maliyyə Nazirliyi bildirib.