Logo
news content
User
Kateqoriyalar

Xəbər

Fransadan yeni düşmən münasibəti: Azərbaycana sanksiyaların tətbiqi tələb edildi

Yanvarın 17-də Fransa Senatı az qala yekdilliklə Azərbaycana qarşı sanksiyaların tətbiqini tələb edən qətnamə qəbul edib.

Qətnamədə həmçinin Ermənistanın ərazi bütövlüyünə dəstək ifadə edilir və Azərbaycanın 19-20 sentyabr 2023-cü il tarixlərindəki Qarabağa qarşı “təcavüz”ü pislənir.

Sənəddə ermənilərin Qarabağa qayıtması və onların təhlükəsizliyinə zəmanət də tələb olunur.

Daha sonra qətnamə “Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisindən dərhal çıxarılması” tələb olunur, Dağlıq Qarabağın siyasi liderlərinin həbsləri pislənir və UNESCO missiyasının Dağlıq Qarabağa “mədəni və dini irsin vəziyyəti haqqında” hesabatın hazırlanması üçün göndərilməsi istənilir.

Qətnamədə həmçinin Azərbaycanın “hərbi təcavüzü”nə görə sanksiya kimi Azərbaycan liderlərinin aktivlərinin müsadirə edilməsi və Azərbaycandan qaz və neft idxalına embarqo qoyulması da daxil olmaqla ən sərt tədbirlərin görülməsi tələb olunur.

Qeyd edək ki, bu, Fransa Senatının ilk belə qətnaməsi deyil. Analoji qətnamə Azərbaycanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində qələbəsindən sonra da qəbul edilib.