Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanı Gürcüstanla birləşdirən körpü Azərbaycana qaytarılacaq

Ermənistanın işğalı altında olan, bu ölkəni Gürcüstanla birləşdirən körpü Azərbaycana qaytarılacaq.

Bu barədə “Sputnik-Armeniya” məlumat yayıb.

Bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Kirants (Güney) və Açarkut kəndlərində yeni yolun inşası işlərilə tanış olub.

Məlumata görə, yeni yol ona görə inşa edilir ki, Ermənistandan Gürcüstana gedən yolda yerləşən körpü delimitasiya nəticəsində Azərbaycana təhvil veriləcək: “Buraya Güney kəndində iki ev, yolun bir hissəsi daxildir”.