Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan parlamentinin spikeri: “Qarabağ Azərbaycan ərazisi olub və belə olaraq qalır”

Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və belə olaraq qalır. Bu barədə oktyabrın 22-də Ermənistan parlamentinin rəhbəri Alen Simonyan ölkə parlamentində çıxışı zamanı  bildirib.

Bundan əvvəl Simonyan qeyd edib ki, Dağlıq Qarabağa hücum və Ermənistan ərazisinin işğalı hüquq baxımından fərqli şeylərdir. Onun sözlərinə görə, Azərbaycan "Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının  minimum 3-4 qətnaməsi" ilə Dağlıq Qarabağda əməliyyat keçirib. Eyni zamanda, söhbət Dağlıq Qarabağda müharibəyə haqq qazandırmaqdan getmir.

Deputatlardan birinin “Niyə o hesab edir ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələri Azərbaycanın Dağlıq Qarabağa “hücum etməsinə” imkan verib?” sualının cavabında Simonyan xatırladıb ki, Dağlıq Qarabağ müstəqil dövlət kimi tanınmayıb və hüquqi baxımdan Azərbaycanın tərkibində qalıb.

"Söhbət hüquqdan gedir və mənim ifadələrimdə yeni bir şey yoxdur", - Simonyan deyib.

"Fakt fakt olaraq qalır: barəsində danışdığmız ərazi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və belə olaraq qalır",- parlamentin sədri qeyd edib.